EN

Qan qrupuna görə XƏSTƏLİK RİSKLƏRİ

Hematologiyanın inkişaf tarixi bir əsrdən çox əvvələ gedib çıxıb və onun əsas məqamı 1900-cü ildə Avstriya həkimi Karl Landsteyner tərəfindən qan qruplarının kəşfi olub.

"Ölkə.az" xəbər verir ki, bu elmi nailiyyət tibb və transfuziologiyaya yanaşmanı həmişəlik dəyişib.

Hal-hazırda elm adamları 35 müxtəlif qan qruplarını 300-dən çox birləşmə variantı ilə müəyyən ediblər. Tədqiqatçılar müxtəlif qan qruplarının yaranmasının bəşəriyyətin müxtəlif həyat şəraitinə və həyat tərzinə təkamül yolu ilə uyğunlaşmasının nəticəsi olduğunu irəli sürüblər.

Qan qrupları ilə qədim insanların həyat tərzi arasında maraqlı bir əlaqə mövcuddur. Birinci qrup ovçu-yığıcılara xas olub, ikinci qrup əkinçilər arasında yayılıb, üçüncü qrup isə Orta Asiyanın köçəri xalqları arasında üstünlük təşkil edib.

Dördüncü qan qrupunun mənşəyi müasir elm üçün sirr olaraq qalır. Hər bir qan qrupu müəyyən sağlamlıq xüsusiyyətləri ilə əlaqələndirilir. Birinci qrupun sahibləri allergik reaksiyalara daha çox meyllidirlər, lakin uzunömürlü olurlar. İkinci qrupda olan insanların xərçəngə tutulma riski az olsa da, qaraciyər problemləri olur.

Üçüncü qan qrupu olan insanlarda koronavirus infeksiyasına qarşı həssaslıq daha azdır, lakin onlar xroniki yorğunluqdan əziyyət çəkirlər. Dördüncü qrupun sahiblərində infarkt halları çox vaxt ölümə gətirib çıxarmır, lakin dayaq-hərəkət sistemi və ateroskleroz xəstəliklərinin inkişaf riski yüksək olur.

Həkim Alekasndr Myasnikov qeyd edir ki, hər qan qrupu özündə mühüm genetik məlumatları ehtiva edir və müəyyən xəstəliklərə meyl göstərə bilər. Məsələn, birinci qrupa daha çox mədə xorası, ikinci qrupa mədə xərçəngi, üçüncü və dördüncü qrupa isə mədəaltı vəzi xəstəlikləri diaqnozu qoyulur.(Report)

Chosen
7
27
olke.az

10Sources