"Real"ın prezidenti Florentino Perez Super Liqa haqda danışıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. O, Super Liqanın yaranmasında əmin olduğunu bildirib: "Çox optimistəm. Bunu bacardıqdan sonra, əmin edə bilərəm ki, heç nə əvvəlki kimi olmayacaq. Bu, UEFA-nın monopoliyasına son qoyacaq".
Qeyd edək ki, 2021-ci ilin aprelində 12 klub Super Liqanın yaradıldığını elan edib. Lakin UEFA və FİFA-nın hədələrindən sonra layihənin başlanması dayandırılıb. 2023-cü il dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın yeni turnirin yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib.