EN

Osmaniye Fıstıq Festivalı

Türkiyənin Osmaniye bələdiyyəsinin təşkil etdiyi Fıstıq Festivalı noyabrın 23-də kortej yürüşü ilə başladı.

Kortej üçün Əlibəyli məscidinin qarşısına toplaşan iştirakçılar Atatürk küçəsindəki şənliyə qədər yürüyüblər.

SİA-nın məlumatına görə, fıstıqdan hazırlanan məhsulların sərgiləndiyi festivalda qastronomiya tələbələri arasında yemək müsabiqəsi də keçirilib.

Vali Erdinç Yılmaz festivalın açılış mərasimindəki çıxışında bildirib: “Şəhər fıstıqla bütünləşib. Osmaniye fıstıqları da Avropa İttifaqı coğrafi işarə qeydiyyatından keçib. Festivalın Osmaniye fıstığının tanıdılmasına mühüm qatqı təmin edəcəyini düşünür və hər kəsə xeyirli olmasını arzu edirəm".

Chosen
8
1
sia.az

2Sources