EN

İran, Almaniya, Britaniya və Fransa xarici işlər nazirlərinin müavinləri görüşəcək, Tehranın nüvə proqramı müzakirə olunacaq

Martın 29-da İran, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.

İsmayıl Bəqayi bildirib ki, görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, o cümlədən Fələstin və Livan böhranı, habelə nüvə problemi ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bunda öncə Yaponiyanın “Kyodo” agentliyi İran diplomatik mənbələrinə istinadən yayıb ki, noyabrın 29-da İran Almaniya, Böyük Britaniya, Fransa və Avropa İttifaqı ilə Tehranın nüvə proqramına dair müzakirə aparacaq, 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpası yollarını araşdıracaq.

Xatırladaq ki, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdığını elan edib.

Chosen
23
5
apa.az

6Sources