EN

Borel: Atəşkəslə bağlı İsraildən cavab gözləyirik

İsrail və Hizbullah arasında atəşkəs üçün İsrail hökumətindən konkret və qəti cavab gözləyirik.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Cozef Borel deyib.

“Hazırda İsrail hökumətindən atəşkəs üçün konkret və qəti cavab gözləyirik. Ümid edirik ki, masada olan bu həll yolu ABŞ və Fransanın iştirakı ilə uğurlu olacaq”, - Borel bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
32
ikisahil.az

1Sources