"COP29 sazişi vacib bir addımdır".
Ekologiya.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X” səhifəsində yazıb.
Onun sözlərinə görə, Böyük Britaniyanın gələcək rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən yeni iqlim maliyyəsinin hədəfi qlobal iqlim tədbirlərini sürətləndirməyə kömək edəcək və planeti pisləşən iqlim böhranından qoruyacaq.