EN

Ayrı-ayrı yerlərdə leysan və qar yağacağı gözlənilir - HAVA PROQNOZU

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən FED.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az çiskin olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 2-6° isti olacaq.

Chosen
43
26
fed.az

10Sources