EN

Çaqqalın biri imiş...

Biz bəzən layiq oldu, olmadı, bir adamı o qədər tərifləyirlər ki, az  qala onun kölgəsinin qarşısında da baş əyək.

Və həmin adam da özündən razı halda  camaata yuxarıdan aşağı baxır.Bəzən də bir adamı o qədər pisləyirik ki, hamı onu görəndə elə bil ki, qutuda ilana rast gəlir.Kim onu görürsə, çoxları ondan qaçır ki, bir daha pis insanla üzləşməsin.Aylar, illər keçir, hər iki adamın iç üzü açılır.

Bir daha aydınlaşır ki, yaxşı dediyimiz və kölgəsinə  baş əydiyimiz  adam o qədər də yaxşı insan deyilmiş. Sən demə, o, çaqqalın biri imiş...Amma pis deyib, qamçıladığımız,  görəndə üz çevirdiyimiz insan o qədər də keyfiyyətsiz adam deyilmiş, əksinə yaxşı dediyimizdən  min dəfə dəyərli  imiş.

Ona görə də, hər hansı insan haqqında tələm-tələsik qərar çıxarıb, yaxşı və pis adam deməyin. Çünki insan çiy süd əmib və onu qısa zaman kəsiyində  tam tanımaq mümkün deyil!

Emil Faiqoğlu    

Chosen
22
adalet.az

1Sources