EN

"Oreşnik" raket sistemindən hücum Avropaya nə qədər zərər vura bilər? - Medvedev danışdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Oreşnik" raket sisteminin Avropaya vurduğu zərər nəzərəçarpacaq olacaq, çünki onu müasir vasitələrlə vurmaq mümkün deyil".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O qeyd edib ki, Avropanın münaqişəyə dəstəyini dayandırması daha yaxşı olardı.
"Avropa raketlər nüvə başlıqlı olarsa, vurulan zərərin nə dərəcədə güclü olacağını, bu raketləri vurmağın mümkün olub-olmadığını və onların bir sıra paytaxtlara nə qədər tez çatacağını düşünür. Cavab belədir: zərər nəzərəçarpacaq olacaq, onu müasir vasitələrlə vurmaq mümkün deyil. Bomba sığınacaqları kömək etməyəcək, buna görə də, yeganə ümid budur ki, xeyirxah Rusiya atışlar barədə əvvəlcədən xəbərdar edəcək. Ona görə də, müharibəyə dəstəyi dayandırmaq daha yaxşıdır", - siyasətçi "Telegram" kanalında yazıb.
O, həmçinin Ukrayna hakimiyyətinin guya "Oreşnik" raketinin mövcud olmaması ilə bağlı iddialarına istehza ilə yanaşıb.
"Doğrudur, biz daha sadə olmalıyıq! Özümüzü qorumaq üçün gözlərimizi yummaq kifayətdir. Gözlərini bağlayanlar üçün problem avtomatik olaraq yox olacaq", - Medvedev yazıb.
Chosen
116
50
oxu.az

10Sources