EN

Bukingem sarayı 3 illik təmirə görə bağlanır

Bakı. Trend:

Böyük Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahı olanBukingem sarayı təmir işləri ilə əlaqədar bu ilin dekabrından2027-ci ilə qədər qonaqların qəbulunu dayandıracaq.

Trend-inməlumatına görə, “The Times” qəzeti sarayda ümumi dəyəri 462 milyondollara çatacaq genişmiqyaslı təmir işlərinin aparılacağını xəbərverib. Təmir zamanı dövlət səviyyəsində keçiriləcək tədbirlərVindsor qalasında təşkil ediləcək.

Maraqlıdır ki, təmir işləri başa çatdıqdan sonra Böyük Britaniyakralı III Çarlz Bukingem sarayına köçməyəcək və hazırda yaşadığıLondondakı "Klarens Haus" iqamətgahında qalmağa davam edəcək. Buqərar kralın daha sadə və qənaətcil həyat tərzinə üstünlük verməsiilə izah olunur.

Chosen
51
az.trend.az

1Sources