Cənubi Koreyanın Ukraynaya silah tədarükü Seul və Moskva arasında münasibətləri tamamilə pozacaq. Rusiya onlara lazım olan bütün üsullarla cavab verəcək.
Viral.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Seul bilməlidir ki, Cənubi Koreya silahlarından Rusiya vətəndaşlarını öldürmək üçün mümkün istifadə nəhayət, ölkələrimiz arasında münasibətləri pozacaq. Təbii ki, biz lazım bildiyimiz şəkildə cavab verəcəyik. Bu, çətin ki, Koreya Respublikasının təhlükəsizliyini gücləndirsin”, – Rudenko bildirib.
Son Yazılar:
- Rusiya bu ölkəni hədələdi: Ukraynaya silah verərsə…
- Evdə arıqlamağın ən sadə yolu – Mütəxəssis AÇIQLADI
- Azərbaycan Premyer Liqasında XIV tura yekun VURULDU
O, Seulu vəziyyəti ayıq şəkildə qiymətləndirməyə və ehtiyatsız addımlardan çəkinməyə çağırıb:
“Ümid edirəm ki, Koreya Respublikasının administrasiyası kənardan təhrik edilən bir anlıq fürsətçi mülahizələri deyil, ilk növbədə uzunmüddətli milli maraqları rəhbər tutacaq”.
Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya raketlər tədarük etməsi, eyni zamanda döyüşmək üçün Ukrayna savaşına əsgər göndərməsindən sonra Seul Kiyevi silahlandırmaq niyyətini ortaya qoyub.