EN

Müəllimləri təhqir edənlər CƏRİMƏLƏNƏ bilər

Rusiyada müəllimi öz vəzifəsini yerinə yetirərkən açıq şəkildə təhqir edən vətəndaşlar 5 min rubldan 20 min rubla qədər cərimələnə bilər.

Viral.az “izvestiya”ya istinadən xəbər verir ki, belə bir təşəbbüsü təhsil komitəsinin sədr müavini Yana Lantratova, deputat Aleksandr Terentyev və “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov hazırlayıb.

Vəzifəli şəxslər 50.000-dən 100.000 rubla qədər, hüquqi şəxslər isə 200.000-dən 500.000 rubla qədər cərimə edilə bilər.

Son Yazılar:

Təhqir internetdə yerləşdirilərsə, vətəndaşlar üçün cərimə 10 min rubldan 30 min rubla qədər, vəzifəli şəxslər üçün 100 min rubldan 200 min rubla qədər, hüquqi şəxslər üçün isə 500 min rubldan 700 min rubla qədər olacaq.

Yusif EYVAZLI

Chosen
15
1
viral.az

2Sources