Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“İpsviç Taun” – “Mançester Yunayted” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Qeyd edək ki, bu oyun “qırmızı şeytanlar”ın baş məqçisi Ruben Amorimin debüt görüşü olub.
Beş qolun qeydə alındığı “Sauthempton” – “Liverpul” matçında isə “qırmızılar” qalib gəliblər. “Liverpul” bu qələbə sayəsində əsas izləyicisi olan “Mançester Siti” ilə xal fərqini 8-ə çatdırıb.
12-ci tura sabah keçiriləcək “Nyukasl” – “Vest Hem” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
12-ci tur
23 noyabr
Lester Siti – Çelsi 1:2
Qollar: Ayyu, 90+5-pen – N.Cekson, 15. E.Fernandes, 75.
Arsenal – Nottingem Forest 3:0
Qollar: Saka, 15. Partey, 52. Nvaneri, 86.
Aston Villa – Kristal Pelas 2:2
Qollar: O.Uotkins, 36. Barkli, 77 – Sarr, 4. Devenni, 45+1.
Bornmut – Brayton 1:2
Qollar: Bruks, 90+3 – J.Pedro, 4. Mitoma, 49.
Everton – Brentford 0:0
Fulhem – Vulverhempton 1:4
Qollar: İvobi, 20 – Kunya, 31; 87. Qomes, 53. Qedeş, 90+5.
Mançester Siti – Tottenhem 0:4
Qollar: Meddison, 13; 20. Porro, 53. B.Conson, 90+3.
24 noyabr
Sauthempton – Liverpul 2:3
Qollar: Armstronq, 42. M.Fernandes, 56 – Soboslai, 30. Salah, 65; 83.
İpsviç Taun – Mançester Yunayted 1:1
Qollar: Hatçinson, 43 – Reşford, 2.
25 noyabr
00:00. Nyukasl – Vest Hem