EN

İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR

Tehran nüvə proqramı ilə bağlı üç Avropa dövləti ilə danışıqlar aparacaq.

QAZÍLER.AZ  Publika.az-a istinadla xəbər verir ki, tədbir cümə günü, noyabrın 29-da Cenevrədə baş tutacaq.

Tədbirdə İran, Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin müavinləri iştirak edəcək.

Görüş MAQATE-nin Tehranı agentliklə qeyri-kafi əməkdaşlığa görə tənqid edən başqa bir qətnamə qəbul etməsindən sonra planlaşdırılıb - buna cavab olaraq İran hakimiyyəti uranın zənginləşdirilməsi üçün qabaqcıl sentrifuqları işə salıb.

“Tehran həmişə nüvə probleminin diplomatik yolla həll edilməli olduğuna inanıb. İran heç vaxt danışıqları tərk etməyib”, - yüksək rütbəli İran rəsmisi məlumatı şərh edib.

"Kyodo" mənbələrinin məlumatına görə, İran prezidenti Məsud Pezeşkian hökuməti yanvarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində nüvə böhranından çıxış yolu axtarır

Chosen
9
1
qaziler.az

2Sources