EN

İstanbulda ailə faciəsi: 5 ölü, 2 yaralı...

İstanbulun Böyükçekməcə rayonunun Celaliye məhəlləsində yaşayan Bahadır Aladağ, ailəsinin evinə gələrək dəhşətli bir cinayət törədib.
 
O, əvvəlcə atasını və anasını öldürüb, daha sonra bacısını yaralayıb. Bu cinayətlərdən sonra Avcılara gedərək bərbər dostunu öldürüb və daha bir şəxsi yaralayıb. Daha sonra isə onun Esenyurtda meyiti tapılıb.

Atası Muhammet Aladağ hadisə yerində həyatını itirib. Anası Necmiye Aladağ və bacısı Buket Aladağ yaralanıb. Necmiye Aladağ xəstəxanada dünyasını dəyişib.

Şübhəli, daha sonra Avcılar Cemil Meriç küçəsindəki bərbər dükanına gedərək, burada da silahlı hücum həyata keçirib. Bərbər Mehmet Salih Özsökük həyatını itirib.
Bahadırın həyat yoldaşı olduğu deyilən S.A. və onun qardaşı Gökhan Soylu yaralanıb.

Hadisə həm ailə daxilində, həm də cəmiyyətdə böyük təəssüf doğurub və hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.
 
///report
Chosen
40
2
azxeber.com

3Sources