EN

Çexiya Maliyyə Nazirliyi sentyabr daşqınlarından dəyən ziyanı təxminən 2,9 milyard dollar qiymətləndirib

Çexiya maliyyə naziri Zbınek Stanyura bildirib ki, sentyabrda respublikada baş vermiş daşqınlardan dəyən ziyanın davam edən hesablanması zamanı ümumi məbləğ 70 milyard krona (təxminən 2,9 milyard dollar) qədər artıb.

“Report” xəbər verir ki, bunu nazir Çexiya Televiziyasında çıxışı zamanı bildirib.

“Ümumi ziyanın müəyyənləşdirilməsi vəziyyəti ayrı-ayrı regionlarda ziyanın dəqiqləşdirilməsi gedişində hər gün dəyişir. Bu, 65-70 milyard kron (təxminən 2,7-2,9 milyard dollar – red.) həddində olacaq”, – Stanyura qeyd edib.

Onun sözlərinə görə, daşqınlardan ən çox dövlət əmlakı zərər çəkib. Nazir vurğulayıb ki, ona dəyən ziyanın məbləği təbii fəlakətdən dəyən ümumi ziyanın yarısından çoxunu təşkil edir. Onun fəsadlarının aradan qaldırılması üçün vəsaitin bir hissəsini ölkə Avropa İttifaqı fondlarından alacaq.

Çexiyada sentyabr daşqınları zamanı ən çox respublikanın şimal-şərqindəki regionlar - Moraviya-Sileziya və Olomouts vilayətləri zərər çəkib. Stanyuranın sözlərinə görə, faciə miqyasına görə 1997 və 2002-ci illərdə baş vermiş daşqınlarla müqayisə oluna bilər ki, o zaman respublikanın şərq hissəsindəki bir çox yaşayış məntəqələri və Praqanın mərkəzi rayonları su altında qalmışdı.

Chosen
11
6
korrespondent.az

7Sources