EN

Eksternat qaydada imtahanların keçirilməsi barədə elan » AzadMedia.az


Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən, bilavasitə Azərbaycan Respublikası vətəndaşları üçün eksternat təhsilalma forması üzrə aralıq imtahanların təşkili üçün 23 noyabr 2024-cü il tarixindən 14 dekabr 2024-cü il tarixinədək sənəd qəbulu həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən şəxslər - eksternlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yaxınlaşaraq aşağıdakı sənədlərin əlavə olunduğu ərizə ilə müraciət etməlidirlər:

(1). Ərizə;

(2). Şəxsiyyət vəsiqəsinin surəti;

(3). 2 ədəd 3x4 ölçüdə fotoşəkil;

(4). Əvvəlki illərdə təhsil aldığınız müəssisədən sinif, tədris dili və keçirilmiş xarici dil qeyd olunmuş arayış;

(5). Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın surəti;

(6). Hərbi xidmət haqqında sənədin surəti (fərdi məlumatlar və xidmət illəri qeyd edilmiş səhifələr).

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənlərin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənnlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verəcəklər.

Eksternat qaydasında imtahanlarda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

Ərizə qəbulu həftənin I-V günləri (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 11:00-dan 17:00-dək həyata keçiriləcək.

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə şəxsin eksternat qaydasında imtahanlarda iştirakı təmin edilməyəcək.
Chosen
14
1
azadmedia.az

2Sources