EN

Rusiya şirkətinə məxsus təyyarənin Antalyaya eniş edərkən mühərriki yanıb

Bakı. Trend:

Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100”təyyarəsinin Antalya hava limanına endiyi zaman mühərrikiyanıb.

Trend-in məlumatına görə, bu barədə "Airporthaber" portalı xəbərverib.

Məlumata əsasən, "RA-89085" nömrəli təyyarə Soçidən Antalyaya"A45051" reysini həyata keçirib. Qeyd edilib ki, təyyarəninmühərriki 36R uçuş-enmə zolağına endikdən sonra alovlanıb.

Bildirilib ki, təyyarədə olan 79 sərnişin təxliyə edilib.

Chosen
40
az.trend.az

1Sources