EN

Antalya hava limanında Rusiyaya məxsus sərnişin təyyarəsində yanğın baş verib

Antalya (Türkiyə) hava limanına enən Rusiyaya məxsus sərnişin təyyarəsinin sol mühərrik hissəsində yanğın baş verib.

“İki sahil”in “TRT Haber”a istinadən verdiyi məlumatına görə, yanğına hava limanının yanğınsöndürmə bölmələri tərəfindən qısa zamanda müdaxilə edilərək söndürülərkən, təyyarədə olan 87 sərnişin və 4 ekipaj üzvü təxliyə edilib.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Antalya Hava Limanı Mülki İdarə rəisinin müavini Suat Seyitoğlu Rusiya Federasiyasının “Azamut Hava Yolları”na məxsus təyyarənin eniş zamanı mühərrikində yanğın baş verdiyini və dərhal müdaxilə edildiyini və alovların söndürüldüyünü bildirib.

Yanğının məhz eniş zamanı baş verdiyini açıqlayan Seyitoğlu, "Təyyarədə olan bütün sərnişinlər xəsarət almadan təxliyə edildi, şükürlər olsun ki, kimsəyə bir şey olmadı. Hazırda hər hansı bir mənfi hal yoxdur", - deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
28
5
ikisahil.az

9Sources