EN

Baydenin milli təhlükəsizlik müşaviri xələfi ilə görüşdü

ABŞ-nin hazırkı prezidentinin milli təhlükəsizlik məsləhətçisi Ceyk Sallivan öz xələfi Mayk Uolts ilə ilk görüşünü keçirib.

Pulika.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Mənbələrin sözlərinə görə, görüş bu həftənin əvvəlində baş tutub. Bu, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Uoltsu özünün milli təhlükəsizlik üzrə köməkçisi təyin etmək niyyətində olduğunu bəyan etməsindən sonra ilk görüş olub.

Məlumatda bildirilir ki, “Sallivan və Uolts Qəzzadakı müharibə və HƏMAS-ın girovları məsələsi də daxil olmaqla, milli təhlükəsizlik və xarici siyasət məsələlərini müzakirə ediblər”.

Chosen
3
3
publika.az

4Sources