EN

Türkiyədə həyəcanlı anlar yaşanıb

Antalyada" alovlanan Rusiya təyyarəsinin sərnişinləri təxliyyə edildikdən sonra hava limanının salonuna aparılıb. SİA xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, sərnişinlər hazırda şəxsi əşyalarını gözləyirlər. Amma onların çoxunun "baqajı" yanıb. Noyabrın 24-ü axşam saatlarında Türkiyə hava limanına eniş edən "Superjet 100" təyyarəsi yanıb.

Göyərtəsində 89 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Soçidən Antalyaya uçurdu. Fövqəladə hadisə nəticəsində onlardan heç biri xəsarət almayıb. Təyyarə çətin hava şəraitində eniş edib. Hadisənin mümkün səbəbləri arasında mühərrikin yanması, yanacaq çənlərinin zədələnməsi, küləyin sürüşməsi və ya pilot xətası daxildir.

Chosen
53
sia.az

1Sources