EN

BVF: Ermənistanda ÜDM-in artım tempi azalacaq, işsizlik artacaq

Cari il Ermənistanın ümumi daxili məhsulun (ÜDM) real artımı cəmi 6 faiz təşkil edəcək.

FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.

Qeyd edək ki, bu göstərici ötən il 8,3 faiz olub. Proqnozlara görə, gələn il isə 4,9 faiz səviyyəsində olacaq.

BVF ekspertlərinin proqnozlarına görə, 2029-cu ildə Ermənistanın ÜDM artımı cəmi 4,5 faiz təşkil edəcək. Hesabatda həmçinin qeyd olunur ki, cari il Ermənistanda işsizlik səviyyəsi 13 faiz, 2025-ci ildə isə 13,5 faizə çatacaq. Xatırladaq ki, bu göstərici ötən il 12,6 faiz təşkil edib. (Report)

Chosen
2
11
fed.az

10Sources