EN

"Təbii olduğum üçün qürur duyuram" - Hiltondan diqqət çəkən açıqlama

Amerikalı tanınmış model, aktrisa və müğənni Paris Hilton heç vaxt plastik əməliyyat və ya estetik prosedurlar etdirmədiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, o, qonaq olduğu proqramların birində "Mən tamamilə təbii olduğum üçün qürur duyuram" deyərək diqqət çəkib. 

Aktrisa gözəlliyinin səbəbini də açıqlayıb. O, "günəşdən qaçdığını" və "heç vaxt botoks iynələri, gözəllik prosedurları və əməliyyat keçirmədiyini" vurğulayıb. 

Onun sözlərinə görə, anası Keti Hilton ona dəriyə qulluq texnikalarını gənc yaşlarından öyrədib: “Anam 8 yaşım olanda mənə dedi: Paris, günəşdən uzaq dur. Mənə bu gözəl 10 addımlı dəriyə qulluq qaydasını öyrətdi. Beləliklə, mən 8 yaşımdan bəri dərimə qulluq edirəm". 

Paris,  evinin dəriyə qulluq rutinini dəstəkləmək üçün lazımi spa məhsulları ilə təchiz olunduğundan da əmin olduğunu söyləyib. 

Gülayə Mecid 

Chosen
23
1
unikal.az

2Sources