2024-cü ildə 16 535 etnik qazax öz tarixi vətənlərinə qayıdıb . Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə 1991-ci ildən bu yana 1 milyon 144,9 min etnik qazax respublikaya qayıdıb.
2024-cü ilin əvvəlindən Qazaxıstana gələn etnik qazaxların 45,9 faizi Çindən, 39,2 faizi Özbəkistandan, 5,8 faizi Monqolustandan, 5,2 faizi Türkmənistandan, 2,8 faizi Rusiyadan, 1,1 faizi isə digər ölkələrdəndir.
2024-cü il noyabrın 1-nə əmək qabiliyyətli yaşda olan etnik miqrantların sayı 57,4 faiz, yetkinlik yaşına çatmayan vətəndaşlar 33,2 faiz, pensiyaçılar isə 9,4 faiz təşkil edir.
Gələn etnik qazaxlar respublikanın müxtəlif bölgələrində məskunlaşmışlar. Eyni zamanda digər ölkələrdən gələn etnik qazaxların-kandasların (qandaş) köçürülməsi üçün Akmola, Abay, Kostanay, Pavlodar, Şərqi və Şimali Qazaxıstan vilayətləri müəyyən edilib. Bu bölgələrdə məskunlaşan kandaslara köçmək, mənzil kirayələmək və kommunal xidmətlərin ödənilməsi üçün subsidiyalar şəklində dövlət dəstəyi tədbirləri həyata keçirilir.
Oxuməni.az