EN

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar (FOTO)

Bakı. Trend:

Azərbaycan Dəmiryol Muzeyində BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) günlərində fəaliyyət göstərmiş COP29 və ADY könüllüləri iləgörüş keçirilib.

Trend bu barədə ADY-yəistinadən xəbər verir.

ADY rəhbərliyinin iştirak etdiyi görüşdə ölkəmizin dünyaəhəmiyyətli daha bir tədbirə uğurla ev sahibliyi etdiyi və buprosesdə könüllülərin böyük əməyi olduğu diqqətə çatdırılıb.

Könüllülərin planetimizin gələcəyi naminə qlobal dialoqudəstəkləmək məqsədilə fədakarcasına çalışaraq hər kəsiruhlandırdığı, COP29-u hər kəs üçün əlçatan etdiyi vurğulanıb.

Qeyd olunub ki, COP29 və ADY könüllüləri 11-23 noyabrtarixlərində Abşeron dairəvi marşrutu üzrə stansiya vədayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidinə köməketməklə, onları qatarların hərəkət cədvəli ilə tanış etmək vəistiqamətləndirməklə tədbirin uğurla keçməsinə töhfə veriblər.

Bildirilib ki, COP29 günlərində qatarlarla ümumilikdə 10 mindənçox akkreditasiyalı sərnişin daşınıb. “Koroğlu” sərnişinlərin ənçox istifadə etdiyi dayanacaq olub. Tədbirin keçirildiyi AzərbaycanDəmiryol Muzeyi də bu dövrdə fəaliyyətini gücləndirib. COP29tədbirlərində iştirak etmək üçün Bakıya gələn Çin, Almaniya,İsveçrə, Böyük Britaniya, Braziliya, İrlandiya kimi ölkələrinvətəndaşları muzeyi ziyarət ediblər.

Sonda ADY adından könüllülərə xatirə hədiyyələri və təşəkkürnamətəqdim edilib.

Könüllülər
Könüllülər
Könüllülər
Könüllülər
Könüllülər
Könüllülər
Məqalədə:
Chosen
28
16
az.trend.az

10Sources