EN

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb"

Son illərdə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığın əhəmiyyətli dərəcədə azalması müşahidə edilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, neft hasilatınn pik həddi 2010-cu ildə qeydə alınıb (50,8 milyon ton): "2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2021-ci ildə 31,6 milyon ton təşkil edib. Bu il isə neft hasilatının proqnozlaşdırılan həcmi 29,2 milyon tondur. Cari ildə "Brent" markalı neftin orta qiymətinin 80 ABŞ dolları ətrafında olacağı gözlənilir. Müqayisə etsək, 2014-cü ildə neftin orta qiyməti 99 ABŞ dolları olub".

Chosen
3
3
aznews.az

4Sources