EN

Nazir Qarabağa qoyulacaq investisiyadan DANIŞDI

"İşğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı deyə bilərəm ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.


“İşğaldan azad olunmuş ərazilərdə 232 milyon ABŞ dolları məbləğində investisiyanın qoyulması və 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu ərazilərdə iqtisadi aktivliyin dəstəklənməsi üçün vergi və kommunal güzəştlər də tətbiq olunur“, - nazir bildirib.

 

Firuzə Əliyeva

Chosen
13
sfera.az

1Sources