EN

"Qəzzə əhalisinin sığınacağı, kifayət qədər qidası və təmiz suyu yoxdur”

Qəzza zolağında fələstinlilərin sığınacaq, kifayət qədər qida və təmiz suya malik olmadığı açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlama verib.
 
Agentliyin Əlaqələr üzrə baş mütəxəssisi Louise Wateridge-in açıqlamasını X platformasında UNRWA-nın hesabında paylaşılıb.
 
Qəzza zolağında vəziyyətin hər zamankindən daha pis olduğunu qeyd edən Louis, insanların bir tikə çörək üçün mübarizə apardığını və hücumlardan əvvəl 16 dollar olan bir kisə unun qiymətinin 200 dolları keçdiyini qeyd edib.
 
Wateridc, İsrail ordusunun bombardman və hücumlarının fasiləsiz davam etdiyini, bölgə xalqının üzləşdiyi çətinliklərin gündən-günə, hətta saat başı artdığını vurğulayıb.

Qeyd edək ki, Qəzza zolağı 7 oktyabr 2023-cü ildən İsrailin hücumu altındadır.
 
Oksana

Chosen
8
1
azxeber.com

2Sources