EN

Bolqarıstan tamhüquqlu Şengen ölkəsi olmağa hazırlaşır

Bolqarıstanda 2025-ci ilin əvvəlindən nəzərdə tutulan Şengen zonasında tam iştirak üçün hazırlıqlar davam edir.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) daxili işlər nazirlərinin dekabrın 12-də bu məsələ ilə bağlı yekun qərarı maraqla gözlənilir.

Bolqarıstan rəsmiləri yanvarın 1-dən ölkənin Şengendə tamahüquqlu iştirakını müsbət hal kimi qiymətləndiriblər.

Bolqarıstan Sərhəd Polisinin direktoru Anton Zlatanov mətbuata açıqlamasında bildirib: 

"İlin əvvəlindən Şengen Bölgəsinə qəbul edildikdən sonra sərhəd qapıları qalacaq və nəzarətlər götürüləcək. Xarici tərəfdaşlarımız Şengen üçün  hazır olduğumuzu gördülər".

Əli Hüseynov

 
Chosen
18
bakivaxti.az

1Sources