EN

AMB təkliflərlə çıxış edib

Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanmanın 1,8 milyard manatdan çox olmamasını, kəsirin əsasən qeyri-emissiya mənbələri hesabına maliyyələşdirilməsini, tədricən azaldılmasını məqbul hesab edir. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bununla belə, onun sözlərinə görə, AMB ümumilikdə büdcə layihəsinin fiskal qayda çərçivəsində tərtib olunmasını, müəyyən edilmiş meyarların gözlənilməsini müsbət qiymətləndirir.

"2025-ci ildə büdcə xərclərinin 2024-cü ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 5,4 % artırılmasını məqbul hesab edir, büdcə kəsirinin 303 milyon manat azaldılmasını müsbət dəyərləndiririk", - deyə sədr qeyd edib.

Chosen
22
3
sia.az

4Sources