EN

Atəşkəslə bağlı ümidverici təklif – Misirdən tələb

Qəzzada və Livanda atəşkəs heç bir şərt olmadan baş tutmalıdır.

Axar.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdel Ati deyib.

“Qəzzada, Livanda atəşkəsə nail olmaq üçün hər cür səy göstəririk, lakin bildiyiniz kimi, qarşı tərəfin siyasi iradəsinə ehtiyacımız var. Atəşkəs heç bir şərt olmadan baş tutmalıdır”, - o bildirib.

Qeyd edək ki, “Ynet” İsrail, Amerika və Livan mənbələrinə istinadən xəbər vermişdi ki, İsrail Livanda Hizbullahla təklif olunan atəşkəs razılaşmasına ilkin razılıq verib və yekun təsdiq Nazirlər Kabinetindən asılıdır.

Chosen
11
axar.az

1Sources