EN

Siyasi partiyalara ayrılan vəsait artırılmalıdır - Deputat

Siyasi partiyalara ayrılan vəsaitin ayrılmasına ehtiyac var. Bunu deputat Sİyavuş Novruzov deyib. 
 
"Hazırda mövcud olan vəsait ölkədə 11 siyasi partiya olan zaman ayrılan büdcə idi. Bu gün isə 25 siyasi partiya var. Həmin pul məhz həmin partiyalar arasında bölünür. Bu məbləğin artırılmasına ehtiyac var", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 
Deputat həmçinin hərbçilərin və müəllimlərin kirayə haqqlarına ayrılan pulun da artırılmasını təklif edib.  
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
6
anews.az

1Sources