EN

İdxal qadağası: Ətin qiymətinə təsir edəcək?

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Ramallah və Əl-Bireh əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Korsika regionunda və Berlin şəhərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bununla yanaşı Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa və Skikda əyalətlərində xəstəlik baş vermiş təsərrüfatdan 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, İllinoys ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarına qadağa, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına da müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, 2020-ci ilədək Azərbaycan əsasən Hindistan, Gürcüstan və Türkiyədən ət idxal edirdi:

“Lakin 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Nəticədə ət idxalı ilə bağlı ciddi loqistik problemlər yarandı. Məhz Azərbaycanın ət idxalı ilə bağlı müraciət etdiyi ölkələrin siyahısı genişləndi. Bu siyahıya Avropa ölkələri də daxil edildi.

Bildirim ki, 2021-ci ildən sonra Türkiyə Azərbaycana ət idxalını qadağan etsə də, ölkəmiz ət idxalı qadağan olunmayıb. Eyni zamanda, Azərbaycana Gürcüstan, Rusiya, Ukraynadan və digər ölkələrdən ət idxalını artırıb”.

Ekspert bildirib ki, hazırda ölkəmiz quş əti təlabatının 80 faizini daxili istehsal hesabına qarşılaya bilir:

“Azərbaycana idxal olunan quş əti ildən-ilə azalır. Amma mal ətinin idxalında ciddi şəkildə artım var. Belə ki, 2022-ci il fevral ayının 24-də başlayan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəmizə avropadan iribuynuzlu heyvanların idxalının artmasına səbəb olub. Ölkəmizdə alternativ bazar olaraq Fransa, Belarus, Əlcəzayir və digər ölkələrdən ət idxalını cüzi miqdarda olsa belə, artırmasına səbəb olub”.

O qeyd edib ki, Azərbaycanla yanaşı digər ölkələr də Fransadan ət idxalını dayandırıb:

“Fransada heyvanlarda qrip və dabaq xəstəliyi olduğu görə, 30-a yaxın dövlət Fransadan ət idxalını dayandırıb. Fransanın Korsika vilayətində heyvanlarda ciddi xəstəlik var. Eyni zamanda Əlcəzayirdə heyvanlarda quş qripi yarandığına görə karantin elan olunub. Bu baxımdan, bir çox ölkələr sözügedən ölkələrdən ət idxalını dayandırıb. Qeyd edim ki, Fransadan ət idxalının dayanması daxili bazara mənfi təsir etməyəcək”.

Chosen
131
1
turkustan.az

2Sources