EN

Təlim və Tədris Mərkəzinin sabiq xidmət rəisinə 10,5 il həbs cəzası verildi

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Məlikzadə son söz deyərək ədalətli qərar çıxırılmasını xahiş edib.

 

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Həmçinin hökmdə qeyd edilib ki, dövlətə vurulmuş ziyan bağlı Rəşad Məlikzadənin özünün və ailə üzvlərinə məxsus 2 milyon manata yaxın əmlakı müsadirə edilib.

 

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılmış və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

 

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.


İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Tarix: 25 Noyabr 2024, 15:39   
Chosen
30
15
pravda.az

10Sources