EN

Kobaxidze Gürcüstanda hökumətin yeni tərkibi ilə bağlı namizədlərini AÇIQLADI

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni hökumət üzvləri ilə bağlı namizədlərini açıqlayıb.
Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı keçirilən brifinqdə məlumat verib.
Kobaxidze tərəfindən təklif olunan yeni hökumət tərkibi belədir:

- Xarici işlər naziri - Maka Boçorişvili;

- Ədliyyə naziri - Anri Oxanaşvili;

- Müdafiə naziri - İrakli Çikovani;

- Maliyyə naziri - Laşa Xutsişvili;

- Regional inkişaf və infrastruktur naziri - İrakli Karseladze;

- Daxili işlər naziri - Vaxdanq Qomelauri;

- Təhsil, elm və gənclər naziri - Aleksandr Tsuladze;

- Məcburi köçkünlər, əmək, sağlamlıq və sosial müdafiə naziri - Mixail Sardjveladze;

- Mədəniyyət və idman naziri - Tinatin Ruxadze.

Bundan başqa, Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib.

Belə ki, Gürcüstanın 11-ci çağırış parlamentin ilk iclasında qeydiyyatdan keçən 88 deputat Şalva Papuaşvilinin parlamentin sədri vəzifəsinə namizədliyini dəstəkləyib.
Chosen
7
sherg.az

1Sources