NATO-nun baş katibi Mark Rutte Türkiyəyə səfəri barədə danışıb. Metbuat.az xəbər verir ki, o bildirib ki, Türkiyə NATO-ya əvəzsiz töhfələr verməklə alyansın cənub cinahında çəkindirici rol oynayır. Rutte Türkiyənin NATO-nun ikinci ən böyük ordusu olduğunu vurğulayaraq, müdafiə sənayesindəki uğurlarından danışıb. Rutte Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi məsələləri də açıqlayıb. NATO rəhbəri Ərdoğanla terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhran da daxil olmaqla, kollektiv təhlükəsizlik məsələlərini müakirə edəcəyini ifadə edib. Qeyd edək ki, NATO-nun açıqlamasında Ruttenin Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ilə görüşəcəyi bildirilib.