EN

Adel buna görə səhnədən gedibmiş

"Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in the Deep" hitləri ilə tanınan britaniyalı müğənni Adel sonuncu dəfə səhnəyə çıxdığını açıqlayıb. 

Oxu24.com xəbər verir ki, britaniyalı müğənni Las-Veqasda "Weekends With Adele" şousu ilə səhnə ilə vidalaşıb. Las-Veqasda 100-cü konsertini verən Adel 4 min nəfərlik Sezar sarayında iki ilə yaxın musiqisevərlərlə görüşüb.

Sosial şəbəkələrdə paylaşılan videolarda Adelin konsert zamanı emosiyaya qapıldığı və səhnə ilə vidalaşarkən ağladığı görünür. Musiqi ilə bağlı planlarının olmadığını bildirən 36 yaşlı ingilis sənətçi "Bu konsertlərin bitəcəyinə çox üzülürəm, səhnə üçün çox darıxacağam. Yenidən nə vaxt səhnəyə çıxmaq istədiyimi bilmirəm", - deyib.

Bildirilir ki, "Qremmi" mükafatlı müğənninin gizli planı var. 220 milyon dollar sərvəti olan Adelin aktrisalığa addım atdığı iddia edilir. Adelin Hollivudun məşhur aktyor məşqçiləri ilə işlədiyi və bir ildən artıqdır ki, aktyorluq təhsili aldığı bildirilir.

Müğənninin daha sonra qastrollara və musiqilərə qayıdacağı qeyd olunub.

Chosen
3
1
oxu24.com

2Sources