EN

COP29 çərçivəsində Azərbaycan və BMT əməkdaşlığı - FOTOLAR

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan komandası BMT Baş katibi Antonio Quterreş ilə görüşüb. Bu görüş həm Azərbaycan, həm də BMT üçün mühüm əhəmiyyət kəsb edib.

QHT.az xəbər verir ki, görüş zamanı Baş katib Antonio Quterreş Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində gördüyü işləri yüksək qiymətləndirib və ölkəmizin "Heç kimi geridə qoymamaq" prinsipinə sadiqliyini vurğulayıb. O bildirib ki, BMT Azərbaycanı bu məqsədlərə çatmaqda dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, COP29 konfransı iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün qlobal liderlərin bir araya gəldiyi mühüm platformadır. Bakıda keçirilən bu tədbir Azərbaycanın beynəlxalq aləmdəki rolunun daha da gücləndiyini göstərir.

 

Pərvanə Fərhadqızı

Chosen
14
qht.az

1Sources