Demokrat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Bizim hazırladığımız Baş plan paytaxtın inkişaf istiqamətlərini və lazımi məhdudiyyətləri müəyyən edir. Amma şəhərin hansısa ərazisində nə vaxt hansı işin aparılacağı ayrı-ayrı sifarişçilərdən, o cümlədən iş adamlarından, eləcə də icra hakimiyyətlərindən asılıdır. Təbii ki, söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq və illərlə bu işlər aparılacaq. Hazırda tikinti şirkətləri köhnə binaları söküb yerində yeni binalar tikməkdə maraqlıdırlar və bu layihələr həm Bakıda, həm də regionlarda həyata keçirilir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, ilkin mərhələdə yaşayış şəraiti daha pis olan bir-iki mərtəbəli, plansız-nizamsız tikilmiş evlər sökülə bilər:
"Bundan başqa, dövlətin müəyyən etdiyi kifayət qədər qəzalı binalar var. Belə binalar əsasən Bakıda, eləcə də kiçik həcmdə Gəncə və Sumqayıtdadır. Bu binalarla bağlı xüsusi dövlət komissiyası yaradılıb. Bizim komitəyə tapşırıq verilib. Komitənin rəhbərliyi ilə işçi qrupu yaradılıb və aidiyyəti dövlət qurumları ilə birgə inventarizasiya aparılır. Addım-addım bu məhəllələrin sökülməsi, amma ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Elə bina var ki, sökülüb yerində yeni bina tikilə bilər və ora iş adamları cəlb ediləcəklər, amma elə yer də var ki, tikinti aparıla bilməz, həmin yer sadəcə abadlaşdırılacaq. Bunu da yalnız özəl vəsait hesabına etmək çətin olacaq. Dövlət müvafiq dəstək göstərməlidir".
10Sources
-
oxu.azKöhnə mühərrikə hansı yağ tökülməlidir? Ekspertdən xəbərdarlıq ( 13592419)
-
oxu.azİş yerini itirənlər üçün 17 milyon manat ayrılıb: Hansı hallarda almaq mümkündür? ( 13565329)
-
oxu.az30 noyabr hansı əlamətdar gün kimi qeyd olunur? ( 13520833)
-
oxu.azYoqa hansı xəstəliklərdə əks-göstərişdir? ( 13518106)
-
oxu.azQanunsuz istənilən məbləğ və işıqsız qalan vətəndaş - MTK hansı qaydaları heçə sayır? ( 13506319)
-
oxu.az"Rusiya Paşinyana yeni xəbərdarlıq edəcək" - Ermənistan öz gələcəyini sual altında qoyur ( 13465612)
-
oxu.azSuqovuşanı Kəlbəcərlə birləşdirən avtomobil yolunda hansı işlər görülür? ( 13461709)
-
unikal.azAntibiotiklər insan ölümünə səbəb olur - ÜST-dən xəbərdarlıq ( 13458823)
-
oxu.azYeməkləri folqaya bükmək təhlükəlidir - Ekspertdən XƏBƏRDARLIQ ( 13410598)
-
oxu.azCOP29-a gələn xarici qonaqlar Azərbaycandan hansı təəssüratlarla ayrılıblar? ( 13408714)