Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.
İdman.biz xəbər verir ki, bu, FIVB-nin İdarə Heyətinin ilk iclasında rəsmiləşib.
Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.
Qeyd edək ki, Kazımova, həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.
Ä°dman.biz