EN

Səhnəyə vida etdi...

Məşhur britaniyalı müğənni Adel Las-Veqasda “Weekends With Adele” adlı sonuncu konsertini verərək səhnə ilə vidalaşıb.

“Qafqazinfo” CNN-ə istiandən xəbər verir ki, müğənni səhnədə çıxış edərkən göz yaşlarına hakim ola bilməyib.

“Səhnə üçün çox darıxacağam. Sizin üçün də həmçinin. Səhnəyə bir də nə vaxt çıxmaq istəyəcəyimi bilmirəm”, - Adel bildirib.

Qeyd edək ki, 220 milyon dollar sərvəti olan “Qremmy” mükafatlı müğənni filmlərdə rol almaq qərarına gəlib. O, bir ildən çoxdur ki, məşhur aktyorların birindən dərs alır.

Bir müddət öncə Adel qulaq infeksiyası səbəbindən eşitmə problemi yaşadığını və çətin müalicə prosesi keçdiyini açıqlayıb.



Chosen
11
5
qafqazinfo.az

6Sources