EN

Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Elçin Abdullayev NATO nümayəndə heyəti ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Adalet.az xəbər verir ki, NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş Akademik Konfransda iştirak etmək üçün Bakıda səfərdədir.

"Müzakirələr zamanı NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə Azərbaycanın alyansın etibarlı tərəfdaşı olduğu qeyd edilib. Görüş çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub", - görüşdə iştirak edən C.Hüseynzadə yazıb.

Qeyd edək ki, Azərbaycan “Sülh Naminə Tərəfdaşlıq” Proqramına 1994-cü ildə qoşulub.

Chosen
3
11
adalet.az

10Sources