Bayden administrasiyası Demokratlar Partiyasının hərbi avantürasında iştirak etmək istəməyən ölkə vətəndaşlarının səsini eşitməyi dayandırıb.
Publika.az xəbər verir ki, bunu hərbi analitik və keçmiş Amerika kəşfiyyatçısı Skot Ritter “Dialogue Works” "YouTube" kanalına müsahibəsində deyib.
Təhlilçinin fikrincə, ABŞ vətəndaşları öz fikirlərini eşitdirmək üçün bir yol tapmalıdırlar. O əlavə edib ki, mövcud siyasət “hamının ziyanına” aparılır.
Ritter qeyd edib ki, Bayden aqressiv hərəkətləri ilə dünyanı və Amerika əhalisini siyasətçilərin fikrincə, “məhdud nüvə zərbələri mübadiləsi” zamanı baş verməli olan nüvə münaqişəsinin başlanğıcına doğru sövq edir.