EN

İran lideri İsrailin baş nazirini edam etməyə çağırıb

İranın ali dini lideri Ayətullah Əli Xamenei Beynəlxalq Cinayət Məhkəməsinin baş nazir Benyamin Netanyahu haqqında həbs qərarı verməsinin yetərli olmadığını, o, edam edilməlidir.

SİA-nın məlumatına görə, onun sözlərini TASS sitat gətirir.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında cinayət törətməkdə şübhəli bilinərək həbs etmək üçün orderlər vermişdi.

...Axmaqlar düşünməsin ki, sadə insanların evlərini bombalamaq qələbədir. Bu qələbə deyil, müharibə cinayətidir. Onların həbsi üçün order veriblər. Bu kifayət deyil. Netanyahu edam edilməlidir.

Bunu Xamenei deyib.

Əli Babayev

Chosen
3
2
sia.az

3Sources