EN

Yerli məhsullar niyə kölgədə qalır? - Səbəblər

Bu gün əksər restoranlarda menyuda yeməyin yanında xarici brend olan qazlı içkilər təklif edilir. Hətta ictimai iaşə müəssilərində bir çox hallarda yeməyin yanında bu içkilərin “hədiyyə” kimi təqdim olunduğunu da müşahidə etmişik.

Təəəssüf ki, yerli itehsal meyvə suları və s. əvəzinə bu cür ziyanlı içkilər təklif edilir.

Maraqlıdır ki, alıcılar da hətta pulunu da ödəsələr belə, hər zaman üstünlüyü bazarda məşhur olan qlobal brendin çeşidlərinə verirlər.

Belə olan halda yerli məhsulların istər restoranlarda, istərsə də satış nöqtələrində nə üçün olmaması və yaz az olması məsələsi sual doğurur.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov bildirib ki, qazlı sular dönər və s. ilə birgə qəbul edildikdə xəstəliyə yol açır:

“Təəssüf ki, bu gün istər satışda, istərsə də restoran sektorunda nədənsə yerli məhsulların müştərilərə təqdim olunması məsələsi bir qədər kölgədə qalıb.

485160

İkinci tərəfdən bu gün yediyimiz dönər və s. fəstfudların insan sağlamlığı üçün hansı fəsadlar törədəcəyindən yetərincə danışırıq. Digər tərəfdən ayaqüstü qidaların və yaxud da restoranlarda dönərin və s. qazlı içkilərlə istifadəsi birmənalı xəstəliyə yol açır”. 

Restoranlarda yerli istehsal meyvə şirələri və s. seçim kimi verilməməsinə gəldikdə isə İ.Şirinov bunun səbəbini belə izah edib:

“Bu gün ən böyük problem məhsulların təqdimatında hansı şirkətin daha çox qazanc gətirməsidir. Xarici brend qazlı su istehsal edən şirkətlər bu məhsulu yeməyin yanında təqdim edən şirkətlərə satışdan daha çox faiz təklif edirlər.
Bu gün X bir yerli istehsal olunan məhsulun satışından 10% gəlir varsa, xarici şirkətin məhsullarını təqdim edən və ya satanlar üçün gəlir 20%-dir. Əgər restoran orada 20-30% qazanc əldə edirsə, gəlir gətirən məhsulu təqdim edəcək.
Digər tərəfdən, artıq restoran sahiblərində insan sağlamlığı, müştərilərin hansısa qidadan zərər görməsi, ikinci dərəcəli məsələdir. Burada birinci dərəcəli məsələ qazanc əldə etməkdir. 

Tək bu sahədə yox, digər sahələrdə də yerli istehsalatda böyük problemlər var. O şirkətlər heç çatdırıb işçilərin maaşını verə bilmirlər”.

Qida mütəxəssisi vəziyyətin belə olmasında kateqoriya liderliyi məsələsinin əhəmiyyətli rol oynadığını söyləyib:

“Bu gün market, bazar və s. satış obyektlərində kateqoriya liderləri seçilir. Məsələn, qlobal brend şirkəti deyir ki, bu gün kateqoriya lideri mənəm. Belə olan halda da mən vitrində ürəyim istəyən qədər yer tutmalıyam, əks halda digər məhsula yer aça bilməzsən. Səbəb isə belə şirkətlərin bazardakı hegemonluğudur. Ona görə də yerli istehsal məhsullar arxa planda qalır və istehsaldan sonra satışını təşkil edə bilmirlər”.

Billurə

Chosen
35
olke.az

1Sources