İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin bildirib ki, İslam Respublikası və Rusiya Federasiyası əvvəllər iki ölkə arasında bağlanmış maliyyə müqavilələri sayəsində dolları qarşılıqlı hesablaşmalardan tamamilə çıxarıblar.
Oxu24.com bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Biz Rusiya ilə valyuta sazişi imzaladıq və dollardan tamamilə imtina etdik, bir-birimizlə rial və rublla işləyirik”, - deyə Mərkəzi Bankın rəhbəri bildirib.
Noyabrın 11-də İran Mərkəzi Bankının nümayəndəsi Mustafa Qamari Vəfa Rusiya və İranın “Mir” və “Şetab” ödəniş sistemlərinin inteqrasiyasının birinci mərhələsinin başa çatdığını elan edib. “Mir”in gələn il İslam Respublikasında açılışı gözlənilir.
Oktyabrda Kreml Rusiya Federasiyası ilə İran arasında hesablaşmaların 96%-dən çoxunun milli valyutalarda aparıldığını, cari il üçün ikitərəfli ticarətin həcminin 12,4% artdığını bildirib. Ötən il qarşılıqlı ticarətin həcmi 4 milyard dollardan çox olub.
Bundan əvvəl Putin İranı Rusiyanın müttəfiqi adlandırmışdı.
Nigar