EN

Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel

Almaniya Rusiya ilə bağlı siyasətini əsaslı şəkildə tənzimləməlidir.

Ölkə.az xəbər verir ki, bunu almaniyalı tarixçi və Şərqi Avropa məsələləri üzrə ekspert Karl Şlegel “Şpigel”ə müsahibəsində deyib.

O, Almaniya hakimiyyətini Vladimir Putinin gələcək hədəfləri ilə bağlı sadəlövhlük göstərməməyə çağırıb:

"Rusiya düşməndir. Rusiya Avropada müharibəyə başlayan dövlətdir və almanlar buna hazırlaşmalıdırlar. Bu o deməkdir ki, özünüzü müdafiə etməyə hazır olun", - o bildirib.

Onun sözlərinə görə, Kreml indi nə qədər irəli gedə biləcəyini sınaqdan keçirir:

"Biz artıq müharibə vəziyyətindəyik. Müharibə dərhal başlamır, ilkin mərhələlər var. Rusiyanın işğalçı müharibəsi nəticəsində səkkiz milyon ukraynalı didərgin düşüb".//Axar.az

Chosen
3
4
olke.az

10Sources