Qeyd edək ki, Günəşdə baş verən partlayışlar, yəni parlaqlıqların birdən-birə artması, rentgen şüalarının gücünə görə A, B, C, M və X kimi beş sinfə ayrılır. Bu sinifləndirmədə hər növbəti hərf əvvəlkindən 10 dəfə daha güclü partlayışa uyğun gəlir. Məsələn, A0.0 sinfi Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya bərabərdir.