EN

Neft-qaz sektorundan asılılıq azalıb

Fins.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisdəki çıxışında 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracının təqribən iki dəfə artmasının gözlənildiyini qeyd edib. O, həmçinin ölkənin maliyyə təhlükəsizliyi yastığının və strateji valyuta ehtiyatlarının 2019-cu ildən 2024-cü ilin noyabrına qədər 1,6 dəfə artaraq 73 milyard dollara çatdığını vurğulayıb. Bu rəqəm, təqribən cari ilin ümumi daxili məhsul səviyyəsinə bərabərdir.

Nazir əlavə edib ki, son illərdə ölkənin iqtisadiyyatı neft-qaz sektorundan asılılıqda əhəmiyyətli azalma müşahidə edilib. 2010-cu ildə 50,8 milyon ton olan neft hasilatı, 2024-cü ildə 29,2 milyon ton səviyyəsinə enəcək. Həmçinin, 2014-cü ildə “Brent” markalı neftin qiyməti 99 dollar olarkən, 2024-cü ildə bu qiymət təxminən 80 dollar olacaq. Bu dövrdə dövlət büdcəsinin neft-qaz sektorundan asılılığı da azalıb.
 

Zemfira Ms
Fins.az

 

Chosen
49
fins.az

1Sources