Keçmiş ingilis futbolçu Lyuis Brayen “Əl-Hilal”ın braziliyalı hücumçusu Neymarın PSJ-də aldığı puldan danışıb.
Publika.az xəbər verir ki, onun iddiasına görə, Neymar matçdan sonra azarkeşlərə yaxınlaşdığı üçün 200 min avro alırmış.
“Eşitdiyim ən çılğın şey Neymarın PSJ-də olmasıdır! PSJ klubunun əməkdaşı ilə məşqçilik kursunda olmuşam. Dedi ki, Neymarın müqaviləsində hər matçdan sonra gəlib azarkeşləri alqışlayanda 200 min avro mükafat alacağına dair bənd var!” – “Give me Sport” Brayandan sitat gətirib.